Stilist Anar Ağakişiyev məşhurları inanılmaz dərəcədə dəyişməkdə davam edir. Stilist Anar Ağakişiyev məşhurları inanılmaz dərəcədə dəyişməkdə davam edir.

Həmidə Ömərovanı bu görünüşlə tanımayacaqsınız - Video

Stilist Anar Ağakişiyev məşhurları inanılmaz dərəcədə dəyişməkdə davam edir.

AzNews.az xəbər verir ki, bu dəfə stilist Xalq artisti Həmidə Ömərovanı makiyaj edib.

H.Ömərovanın imici üzərində Səbinə İmanova və turan Dadaşova çalışıb.

Anar Instagram hesabındakı paylaşımında bu dəyişimin tamaşaçılar üçün Novruz hədiyyəsi olduğunu deyərək, Həmidə Ömərovanı “Azərbaycanın Sofi Loreni” adlandırıb:

"Bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm! Novruz bayramı - ən gözəl bayramlarımizdan biridir! Bu gözəl dəyişim məndən sizə yaz hədiyyəsi olsun. Respublikamızın xalq artisti, canlı korifey sənətkar, gözəlliyinə və obrazlarına heyran olduğum Azərbaycanın Sofi Loreni - Həmidə Ömərova! Allahdan Sizə uzun ömür və can sağlığı arzulayıram.”