- Köhnə - Cəmiyyət
- 4 Aprel 2018 12:42
- 5 152
Bayraq meydanında bayraq dirəyi niyə sökülüb?
"Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanlarla bağlı olub".
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları ilə məşğul olduğu üçün sonrakı məsələlər barədə məlumatsızam".
AzNews.az