Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb. Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb.

18 yaşlı gənc itkin düşüb

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb.

AzNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya S. Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i səhər saat 10-un yarısında oğlu evdən çıxıb: “Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı.

O, 2000- c il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. “Tez-tez Samir hardadadır” soruşur və halı pisləşir”.

Qeyd edək ki, S. Novruzovu görənlərdən 0503885586 nömrəsinə zəng etmələri xahiş olunur.