Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib. Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib.

Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilir

Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib.

"Azərtac" xəbər verir ki, dövlət qurumlarının, yerli və xarici şirkətlərin iştirak etdiyi yarmarkanın keçirilməsinin məqsədi sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsidir. Eyni zamanda, ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə fəaliyyətinin təmin edilməsi və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılması da tədbirin təşkil olumasının məqsədlərindəndır.