Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

1 söyüd ağacı 400 manata başa gəldi - Qusarda reyd

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə AzNews.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Qusar rayonunun Yasab kəndi ərazisində yaş köküstə 40 sm diametrliyində 1 ədəd söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib. Ağacı kəsənin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə 400 manat ziyan dəydiyi müəyyən edilib.

Qanun pozucusunun müəyyən edilməsi üçün Qusar rayon Polis Şöbəsinə məktub göndərilib.