Ağdaşda evdən oğurluq edən şəxs saxlanıldı

Ağdaşda evdən oğurluq edən Kürdəmir sakini saxlanılıb.

AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 25-də Ağdaş rayonu Ləki qəsəbə sakini Nuru Sadıqov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 1000 manat, 5500 rus rublu , həmçinin 300 manat dəyərində qızıl üzüyün oğurlandığını bildirib.