Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müəssisənin müdiri Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müəssisənin müdiri Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Videosu yayılan müdir işindən kənarlaşdırıldı

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müəssisənin müdiri Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Səhiyyə Nazirliyi 1 saylı körpələr evinin müdiri Nəhayət Əliyevanın işdən çıxarılmasını təqdiqləyib.


AzNews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın Lent.az-a verdiyi məlumata görə, baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir: “Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq”.


"Ola bilərmi ki, araşdırmalar zamanı baş həkimin təqsirli olduğu sübut edilməsin və o, yenidən vəzifəsinə bərpa edilsin?" sualına isə S.Əhmədova cavab verib ki, araşdırma zamanı hər şey ola bilər.