Fuad Muradov 5 vəzifəli şəxsi işdən çıxardı - Yenilənib

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov qurumda apardığı kadr islahatları nəticəsində 5 vəzifəli şəxsi işdən çıxarıb.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, vəzifədən azad olunanlar Komitə sədrinin 3 köməkçisi, Böyük məsləhətçi, məsləhətçi və bir neçə yardımçı vəzifədə çalışan əməkdaşlardır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri vəzifəsini Valeh Hacıyev və Abutalıb Səmədov daşıyıb.

***

2018.05.09

12:30

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub.

AzNews.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib.

Digərlərinin isə ərizəsi alınıb.