Dələduzluqda təqsirləndirilən Teylor İbrahimov (Teylor Fətişoğlu) barəsində olan hökmdən apellyasiya şikayəti verib. Dələduzluqda təqsirləndirilən Teylor İbrahimov (Teylor Fətişoğlu) barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Ayaz Mütəllibovun keçmiş mətbuat katibi apellyasiya şikayəti verib

Dələduzluqda təqsirləndirilən Teylor İbrahimov (Teylor Fətişoğlu) barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, o, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 10-na təyin edilib.

Şikayət hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovu isə başqa qurumda işə düzəldəcəyini bildirərək onun 13 min manat pulunu ələ keçirib.

O, ümumilikdə, 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluqda, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Cinayət işində şahid qismində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun da adı keçir. O, məhkəməyə teleqram göndərib. Qeyd edib ki, işi ilə bağlı məhkəməyə gələ bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatıradaq ki, T.İbrahimov Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

AzNews.az