Ukraynanın Dnepr, Odessa və Nikolaev şəhərlərində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə təntənəli tədbirlər keçirilib. Ukraynanın Dnepr, Odessa və Nikolaev şəhərlərində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə təntənəli tədbirlər keçirilib.

Ukraynada II Dünya müharibəsində döyüşən azərbaycanlıların xatirəsi anıldı - Fotolar

Ukraynanın Dnepr, Odessa və Nikolaev şəhərlərində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə təntənəli tədbirlər keçirilib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Vətən müharibəsində Ukraynanın alman faşizmindən azad olunmasında qəhrəmanlıq göstərmiş Azərbaycanın oğul və qızlarının xatirəsi Nikolayev vilayətinin Bessarabka kəndində ucaldılmış 416-cı Taqanroq Azərbaycan diviziyasının abidə kompleksinin önünə tər çiçəklər qoyulmaqla yad olunub. Ukraynanın alman faşizmindən azad olunmasında rəşadətli döyüş yolu keçmiş 416-cı Azərbaycan Taqanroq diviziyası həlledici rol oynayıb. Birləşmiş Nikolayev Azərbaycanlıları Konqresi 2012-ci ildə vaxtilə diviziyanın qərargahının yerləşdiyi Bessarabka kəndində böyük abidə kompleksi ucaltmaqla Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsini əbədiyyata qovuşdurub.

Artıq 6 ildir Nikolayev və Odessa vilayətlərində yaşayan soydaşlarımız, vilayət ictimaiyyətinin nümayəndələri və müharibə veteranları 9 May - Qələbə Gününü Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etməklə qeyd edirlər. Anım mərasimində 416-cı Azərbaycan diviziyasının rəşadətli döyüş yolundan bəhs edən Birləşmiş Nikolayev Azərbaycanlıları Konqresinin sədri Yunis Əliyev tərkibində 11 min 50 azərbaycanlının döyüşdüyü qəhrəman diviziyanın Mazdokdan Berlinədək vuruşaraq Qələbənin təmin olunmasına öz canları ilə böyük töhfə verdiklərini vurğulayıb.

Azərbaycan və Ukrayna xalqlarının tarixboyu dövlətçilik naminə çiyin-çiyinə vuruşduqlarını diqqətə çatdıran diaspor sədri Azərbaycanın qəhrəman oğul və qızlarının Nikolayev və Odessa vilayətlərinin alman faşizmindən azad olunması tarixinə öz qanları ilə imza atdıqlarını diqqətə çatdırıb. Nikolayev vilayətinin Berezanski rayonunun Veteranlar Cəmiyyətinin sədri Nikolay Qorbatenko II Dünya müharibəsinin Qələbə tarixinə imza atmış 416-cı Azərbaycan diviziyasının Ukrayna xalqı tərəfindən həmişə böyük ehtiramla yad olunduğunu bildirib.

Anım mərasiminə Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobil karvanı ilə qoşulan Odessa Azərbaycanlıları Konqresinin fəalları Azərbaycan diviziyasının xatirə kompleksinin önünə əklil və tər çiçəklər qoyublar. Ukraynalı əsgərlər Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsini yaylım atəşi açmaqla yad ediblər.

Təyyarəçilər abidənin üzərindən hərbi uçuş edərək Azərbaycan diviziyasında döyüşərək həlak olanların xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Ukraynanın Dnepr şəhərində də Böyük Vətən müharibəsində həlak olanların xatirəsi böyük ehtiramla yad edilib. Dnepropetrovsk Azərbaycanlıları Konqresinin müharibə veteranları üçün təşkil etdiyi bayram şənliyində Ukrayna Ali Radasının deputatı Maksim Kuryaçıy Ukraynanın alman faşizmindən azad olunmasında qəhrəman Azərbaycan oğullarının keçdiyi rəşadətli döyüş yolundan söz açıb.

image description image description image description