Moskvada Bakının neft qülləsinə abidə qoyuldu

Rusiyada İkinci Dünya müharibəsində əldə olunan qələbəyə Azərbaycanın verdiyi töhfəyə həsr olunmuş abidə açılıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, abidə Moskva vilayətində Lenin-Sneqirevskiy hərbi-tarix muzeyinin ərazisində açılıb.

Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir.