Bazarlara çıxarılan quzunun sayının artması quzu ətinin qiymətinə təsir edib. Bazarlara çıxarılan quzunun sayının artması quzu ətinin qiymətinə təsir edib.

Bakıda quzu əti ucuzlaşdı? - Video

Bazarlara çıxarılan quzunun sayının artması quzu ətinin qiymətinə təsir edib.

AzNews.az bu barədə Xəzərxəbər-ə istinadən xəbər verir .

Bakıda quzu ətinin qiyməti düşüb.

Təxminən bir neçə gün əvvəl 12 manatdan baha satılan quzu ətinin 1 kq-ı indi 11 manat, 11 manat 50 qəpiyə satılır. Söhbət çəkisi 12 kiloqrama qədər olan quzulardan gedir.

Qəssabxanaların qarşısına qiymətin düşməsi ilə bağlı artıq elanlar da vurulub.

Satıcıların sözlərinə görə, quzu ətinin qiymətinin enməsinə səbəb xüsusən bu aylarda bazara çıxarılan quzuların sayının çox olmasıdır. Satıcılar bildirirlər ki, çəkisi 12 kiloqramdan ağır olan heyvanların əti daha ucuz qiymətə satılır. Qiymətlərin düşməsi isə təbii ki, alıcıların ürəyincədir.

Satıcılar deyirlər ki, bu tendensiya davam edərsə, quzu ətinin qiyməti daha da enəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı sizə təqdim edirik: