Əfv sərəncamı ilə əlaqədar apardığımız iclaslar yaxın günlərdə başa çatacaq. Əfv sərəncamı ilə əlaqədar apardığımız iclaslar yaxın günlərdə başa çatacaq.

“Geniş miqyaslı əfv sərəncamı gözlənilir” - Komissiya üzvü

Əfv sərəncamı ilə əlaqədar apardığımız iclaslar yaxın günlərdə başa çatacaq.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Nuriyevin sözlərinə görə, bu günə kimi komissiyaya təxminən 1000-ə yaxın müraciət daxil olub:

“Onların hər biri araşdırılıb. Müraciətlərlə bağlı iclaslarımız hələ də davam edir. Yaxın günlərdə iclaslar başa çatacaq. Ümid edirəm ki, mayın son həftəsində böyük bir sərəncam imzalanacaq. Sərəncama nə qədər şəxsin adının salınması isə birbaşa Prezidentin səlahiyyətinə aiddir”.

Bahar RÜSTƏMLİ
AzNews.az