ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Vasif Əzimov olub. ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Vasif Əzimov olub.

“Allahdan gizli deyil ki, bəndədən də gizli olsun” - Yenicə ailə həyatı quran müğənnimiz

ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Vasif Əzimov olub.

Son zamanlar musiqili meyxana tərzinin baş alıb getdiyi aydın olsa da, bu anlayış belə görünür ki, Vasif üçün aydın deyil. Bəlkə də, qəbul olunan deyil:

“Musiqi ayrıdır, meyxana ayrıdır. Meyxana bədahətən deyilən sözdür. Əgər onu yazıb oxuyursansa, o, meyxana deyil. O artıq musiqidir. Yaxşı və ya pis musiqidir, bu, başqa mövzudur. Musiqili meyxana anlamını yığışdırmaq lazımdır.

Mən burdan həmkarlarıma da çatdırıram ki, onlardan dönə-dönə xahiş edirəm ki, meyxana ayrıdır, musiqi ayrıdır, qarışdırmasınlar”.

Musiqili meyxana nədir? Sən onu bədahətən harda dedin? Yazdın çıxdın oxudun də”.

Vasif Əzimov evləndikdən sonra fanatlarının sayında hansısa dəyişiklik oldumu?

“Fanatlarımın əksəriyyəti mənim sənətimi istəyir. Sənətim də yerindədir. Mən şəxsi həyatı gündəmə gətirməyi sevmirəm. O məqamlardan qaçıram. Elə bir böyük dəyişiklik olmadı. Bizi bir-birimizə bağlayan yalnız sənət ola bilər. Başqa heç nə ola bilməz. İnsan gərək sevənlərinin güvənini qazana bilsin. Allahdan gizli deyil ki, bəndədən də gizli olsun”.

AzNews.az