Azərbaycan Altaya turist göndərəcək?

Azərbaycan Rusiyanın qərb regionlarına, xüsusən də Altay diyarına turist axını təşkil edəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Altay diyarının hökümət rəhbəri Viktor Meşeryakov arasında danışıqlar zamanı qeyd olunub.

Azərbaycan Altay diyarında təşkil olunacaq turizm sərgisində iştirak edəcək, həmçinin bu regionun turizm şirkətləri ilə əməkdaşlıq edəcək.