Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıda iş adamı məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Gərayev 8 il azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs olunub.

Bakı şəhər sakini Gərayev Kahin Əli oğlu Binə ticarət mərkəzində xəz mağazalarının sahibi olub və o tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.

K.Gərayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

AzNews.az