Sürücülərə bəd xəbər - Sabah bu yol bağlı olacaq

Mayın 24-də Xırdalan-Binəqədi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

A.Nəcəflinin sözlərinə görə, buna səbəb sözügedən avtomobil yolunda təmir işlərinin aparılmasıdır:

“Təmir işləri ilə əlaqədar Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırlması mayın 24-ü axşam saatlarınadək qüvvədə olacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az