Yeni yığım qaydası tətbiq ediləcək

Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb.

Aztelekom İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayıl Aznews.az-a açıqlamasında bildirib ki, bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib. İstifadəçilərin az olması səbəbindən yeni sistemə tam keçid ləngiyirdi. Artıq aprelin 1-dən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək.

Ruhiyyə
Aznews.az