- Köhnə - Cəmiyyət
- 3 İyun 2018 15:25
- 4 285
Göyçay çayının Ucarın Lək kəndindən keçən hissəsində son vəziyyət
Ötən gündən etibarən güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Göyçay çayının Ucar rayonun Lək kəndindən keçən hissəsində kəskin artan suyun səviyyəsi nisbətən enib .
AzNews.az Apa-ya istinadən xəbər verir ki, çayda suyun səviyyəsi nisbətən azalsa da, təhlükə hələ qalır.
Lək kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əfqan Rəhimov bildirib ki, bu gün səhər saatlarında çaydan Lək kəndi istiqamətinə sızma baş verib. Görülmüş zəruri tədbirlər nəticəsində sızmanın qarşısı qısa müddət ərzində alınıb. Ə. Rəhimov onu da qeyd etdi ki, ötən gündən etibarən çay boyu sızma və uçma təhlükəsi olan bütün ərazilər ciddi nəzarətə götürülüb.