İyunun 14-də bütün məktəblərdə "son zəng" tədbiri keçiriləcək. Tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək. İyunun 14-də bütün məktəblərdə "son zəng" tədbiri keçiriləcək. Tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək.

"Son zəng" üçün vaxt nə qədər olacaq? - Video

İyunun 14-də bütün məktəblərdə "son zəng" tədbiri keçiriləcək. Tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu haqda məlumat verən Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə yaşanan şagird sıxlığı probleminə də münasibət bildirib.

Tədris ilinin yekunlaşmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də məktəblilərin ənənəvi son zəng tədbirləri keçiriləcək.

Baki Şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bütün məktəblərdə son zəng tədbirləri eyni gündə təşkil ediləcək.

Məktəblərində yaranan sıxlıq məsələsinə də toxunan Məhəbbət Vəliyeva deyib ki, İdarənin tabeliyində olan məktəblərin kiçik bir qismində bu problem müşahidə olunur.

Məhəbbət Vəliyeva əlavə edib ki, 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Ancaq bu, bütün məktəblərdə həyata keçirilməyəcək. Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması və bu məktəblərin iki növbəli sistemlə fəaliyyət göstərməsidir.