Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib. Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib.

Məktəblərdə tədris proqramları dərs ilindən niyə tez bitir? - Nazir danışdı

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, bir neçə il öncə ölkədə dərs ilinin müddəti 2 həftə uzadılıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı, 2015-ci ildən tərtib edilən dərsliklər, müəllimlər üçün metodiki vəsait 34 dərs həftəsi üçün hesablanıb.

Nazir qeyd edib ki, 2015-ci ildən əvvəl hazırlanan dərsliklərlə bağlı isə Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayıb: "Rayon təhsil şöbələrinə, məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə ətraflı məlumatlar verilib".

AzNews.az