Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib - Yenilənib

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasında "American Hastanesi"nə yerləşdirilib.

F.Məmmədovun qohumlarının "APA-Economics"ə verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

***
12:18

Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün təcili Türkiyəyə aparıldığı ilə bağlı xəbər yayılıb.

F.Məmmədovun yaxınlarından unikal.org-a verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.

AzNews.az