Suda boğulmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi

Bu gün suda boğulmaq təhlükəsi ilə üzləşən 4 şəxs xilas edilib.

AzNews.az bu barədə FHN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yevlax, Bilgəh, Hövsan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.