Ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın ölümündən bir il ötür. Ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın ölümündən bir il ötür.

“Zəhranın qisasını alacaq qardaşı dünyaya gəlib” - Kəmalə Ağazadə

Ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın ölümündən bir il ötür.

AzNews.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və sığınacağın rəhbəri Vasif Akifli Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhranın qəbrini ziyarət edib:

“Müdafiə Nazirliyinin məsul şəxsləri və regionlardan gələn zabitləri də Zəhranın qəbrini ziyarət elədilər. Zəhranın qəbrinin üstündə çıxışlar oldu, çəkilişlər aparıldı. Zəhranın qisası yerdə qalmayacaq. Artıq onun qisasını alacaq iki aylıq qardaşı dünyaya göz açıb. Ailə olaraq ağır bir faciə yaşadılar”.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description