- Köhnə - Cəmiyyət
- 8 İyul 2018 19:18
- 4 206
Nazirlikdən KİV-lərə çağırış
Bu gün bəzi kütləvi informasiya vasitələrində (KİV) Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, verdiyi məlumata görə, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.
FHN KİV-ləri bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır.