“Azərbaycan Dəmir Yolları”ndan bilet satışı ilə bağlı açıqlama

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

QSC-dən verilən məlumatda deyilir ki, qurum vətəndaşların bir daha nəzərinə çatdırır ki, Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən Azərbaycana gələn sərnişin qatarlarına bilet satışı həyata keçirilir.