“Bəzən Azərbaycan vətəndaşları xarici ölkələrə hansısa ümidlərlə gedirlər. Bu cür axına təsir edən müəyyən kanallar, qeyri-qanuni fəaliyyət göstərən şirkətlər var”. “Bəzən Azərbaycan vətəndaşları xarici ölkələrə hansısa ümidlərlə gedirlər. Bu cür axına təsir edən müəyyən kanallar, qeyri-qanuni fəaliyyət göstərən şirkətlər var”.

Bəzən vətəndaşlarımız boş ümidlərlə ölkəni tərk edir - DMX rəisi

“Bəzən Azərbaycan vətəndaşları xarici ölkələrə hansısa ümidlərlə gedirlər. Bu cür axına təsir edən müəyyən kanallar, qeyri-qanuni fəaliyyət göstərən şirkətlər var”.

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

”Həmin şirkətlər insanları hansısa yollarla ölkədən çıxarırlar. Həmin şəxslərə xarici ölkələrdə iş vəd olunur, yaxud onlara status vəd edilir. Lakin bunların hamısı boş vədlər olur. Müəyyən müddətdən sonra onlar bu mifin acı reallığını gördükdən sonra ölkəyə qayıtmaq fikrinə düşürlər”, - deyə V. Hüseynov qeyd edib.