Bu gün əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanovun ad günüdür. Bu gün əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanovun ad günüdür.

Ad gününü çay süfrəsi ilə keçirən rejissor: “Bizim heç kimimiz yoxdur”

Bu gün əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanovun ad günüdür.

Doğum günü təəssüratlarını AzNews.az-la bölüşən 69 yaşlı rejissor hazırda Lənkəranda olduğunu dedi:

“Ailəliklə burdayam. Təmtəraqlı mərasimləri sevmirəm. Həm də Lənkəranda bizim heç kimimiz yoxdur, bütün dost-tanışlar Bakıdadır. Hazırda ailəmlə, nəvəmlə oturmuşam, qarşımızda da ancaq sadə çay, vəssalam. Ən böyük naz-nemət, ruzi Allahın verdiyi ömürdür”.

Rejissor rayon teatrının üstünlüklərindən də söz açdı: “İstədiyin əsəri şəhər teatrında səhnəyə qoya bilmirsən. Amma rayon teatrında adama dəyib-dolaşan yoxdur. Rejissor bütün gücünü teatra qoyur, burada adamı ruhdan salacaq heç nə yoxdur. Hazırda Sofoklın “Antiqona” əsərini hazırlayıram. Bu əsəri Bakı teatrlarında tamaşaya qoymaq olmazdı”.

Oruc Qurbanov onu təbrik edənlərə təşəkkür etdi.

Bahar RÜSTƏMLİ
AzNews.az