Yaranmasından 99 il ötən Azərbaycan Vəkillər Kollegiyası bu gün peşə bayraminı qeyd edir. Yaranmasından 99 il ötən Azərbaycan Vəkillər Kollegiyası bu gün peşə bayraminı qeyd edir.

“Vəkil olmayan şəxslər insanları aldadırdılar” - Sima Yaqubova

Yaranmasından 99 il ötən Azərbaycan Vəkillər Kollegiyası bu gün peşə bayraminı qeyd edir.

Hər bir şəxsin hüquq və azadlıqlarının qanun çərçivəsində müdafiə olunmasını təmin edən bu qurumun hazırki durumu, iş prinsipləri və edilən yeni dəyişikliklər haqqında Vəkillər Kollegiyasının xanım üzvü olan Sima Yaqubova Aznews.az-a danışdı.

- Sima xanım, Anar Bağırovun Vəkillər Kollegiyasına sədr seçilməsindən sonra qurumda nə kimi dəyişikliklər oldu?

- Demək olar ki, son illərdə Vəkillər Kollegiyasının tərkibində və idarəsində müsbətə doğru dəyişikliklər çoxdur. Bu dəyişikliklərdə sədrimiz Anar Bağırovun, Rəyasət Heyətinin, Vəkillər Kollegiyasının aparatının böyük əməyi var. Buna sübut olaraq üzvlərimizin say tərkibinin artmasını misal çəkmək olar. Hansı ki, əvvəllər 900-dən az idi, amma indi 1503 nəfər üzvümüz var. Ən mühüm dəyişikliklərdən biri də Vəkillər Kollegiyasının rəsmi saytının yaradılmasıdır. Əvvəllər vətəndaşlar vəkil dedikdə kimlər nəzərdə tutulur bilmirdilər. Bununla da hətta vəkil olmayan şəxslər də insanları aldadır, düzgün informasiya vermirdilər. Amma indi Vəkillər Kollegiyasına üzv olan şəxslərin hamısının reystri aparılıb və saytımızda yerləşdirilib. Azərbaycan Respublikasında yaşayan, vəkil adını daşıyan bütün şəxslərin adı, soyadı, əlaqə nömrələri, daha çox məşğul olduqları hüquqi sahə qeyd olunub.

- Vəkilliyə qəbulda hansısa bir dəyişiklik olunubmu və ya gözlənilirmi?

- Vəkilliyə qəbul prosesində hələ ki, bir dəyişiklik yoxdur. Bütün dəyişikliklər qanuna dəyişiklik səviyyəsində olmalıdır ki, qəbulda dəyişiklik olsun. Əks halda bu qeyri-qanuni sayılar.

- Bəzi vəkillərin kollegiyadan uzaqlaşdırılması gündəm mövzularındandır. Uzaqlaşdırılan vəkillər haqlı olaraq uzaqlaşdırılıbmı?

- Əlbəttə, Rəyasət Heyətinin qərarları haqlı və ədalətlidir. Reyasət Heyətinin iclası, iclasda baş verən proseslər, intizam icrasının təfərrüatları, iclasın gündəliyi haqda mən heç bir şey deyə bilmərəm. Bayaq qeyd etdiyim kimi bütün bu məlumatlar saytımızda ətraflı şəkildə yerləşdirilir.

- Bildiyimiz qədər Vəkillər Kollegiyası ödənişsiz də fəaliyyət göstərir, bu haqda fikirlərinizi bilmək istiyərdik.

- Azərbaycan Respublikası Prezidenti 22 Fevral 2018-ci ildə “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər” adlı sərəncam imzalandı. Hansı ki, bu sərəncam çox mühüm bir sənəddir. Sənəddə toxunulan məsələlərdən biri də ödənişsiz hüquqi saatların artırılmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə ödənişsiz aparilan saatlarin hesabı üç dəfə artırılıb.

- Vəkillər Kollegiyasının qadın üzvü olmaq çətin deyil ki? Bu barədə kollegiyada diskriminasiya halları yaşanmır ki?

- Əlbəttə ki, yox. Vəkil üçün fərq olmamalıdır kişidir və ya qadın. Çünki o, müdafiəçidir. Əgər hardasa diskriminasiya halı yaşanarsa, biz həmin insanın hüquqlarını qorumalıyıq. Vəkilin ən birinci vəzifəsi elə özünün hüquqlarını qorumaqdır. Əgər bir vəkil özünü diskriminasiyadan qorunmağı bacarmırsa, başqalarını necə müdafiə edə bilər?

Səidə Nurməmmədli