İmtahanın nəticələri açıqlandı

Azərbaycanda ilk dəfə olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahanın nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyindən apa-ya verilən xəbərə görə, həkimlərin işə qəbulu ilə bağlı nəticələr saat 14:00-dan Sertifikasiya Komissiyanın binasında yerləşən monitorda asılıb. İşə qəbul olmaq istəyən namizədlər öz nəticələrini imtahan verdikləri Sertifikasiya Komissiyanın binasında yerləşən monitordan əldə edə bilərlər.

Qeyd edək ki, işə qəbul olmaq üçün 100 vakant yerə 150 nəfər sənəd verib. Bu gün keçirilən ilk imtahanda 100 vakansiya uğrunda 27 ixtisas üzrə 110 nəfər namizəd mübariz aparıb. Digər namizədlər isə aprelin 2-də keçirilən imtahanda iştirak edəcək. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Bu gün keçirilən imtahanın nəticələri yaxın saatlarda açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

AzNews.az