- Köhnə - Cəmiyyət
- 5 Sentyabr 2018 12:02
- 7 045
“Sosial ev”lərin satışı növbəti dəfə baş tutmayıb
Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.
AzNews.az-ın məlumatına görə, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.
Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.
AzNews.az