Qadın içki məclisində otura bilərmi? - VİDEO

Qadınların kişi məclisində, xüsusən də kişi içki məclisində iştirakına cəmiyyətin münasibəti heç də bir mənalı deyil. Bunun sosioloji və psixoloji səbəbləri var.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı sujet yayımlanıb.

Sosioloq-psixoloq Nail Cəlilov: “Bu gün Azərbaycan qadınlarının həyata baxışları fərqlidir. Kişilərlə bərabər müxtəlif məclislərdə iştirak edirlər. Bu cəmiyyətin verdiyi müsbət azadlıqdır. Digər tərəfdən isə azadlıqdan sui istifadə edən qadınlar da var.”

Sosioloq bu məsələnin dövrə uyğun tənzimləndiyini desə də psixoloqlar məkandan çox şey asılı olduğu qənaətindədir.

Kamilə Kazimova, psixologiya üzrə fəlsəfə elmləri doktoru: “Baxır bu içki məclisi hardadır. Amma ümümiyyətlə xanımın özü içki içərsə bu o qədər də xoş qarşılanmır”.

Bəlkə də mövzuya münasibətdə yaş məsələsi də böyük rol oynayır. Bunu mövzu ilə bağlı sorğumuzda iştirak edən şəhər sakinlərinin fikirləri deməyə əsas verir.

Şəhər sakini: “Mən müsbət rəy deyə bilmərəm”

Şəhər sakini: “Nə qadınların, nə kişilərin içki məclisində oturmağı doğru deyil”.

Məsələnin digər psixoloji tərəfi də içki məclislərində insanların öz davranışlarına nəzarət eməsi məsələsidir. Psixologiya üzrə fəlsəfə doktoru da bunun çox önəmli məsələ olduğunu deyir:

Kamilə Kazimova- Psixologiya üzrə fəlsəfə elmləri doktoru qadınlara diqqətli olmağı və hərəkətlərində yaşadıqları sosial mühiti nəzərə almalarını tövsiyyə edir.

Sosioloq-psixoloq- Nail Cəlilov: “İstənilən halda Azərbaycan qadını aristokratlığı, elitarlığı, ailə dəyərlərinə daha bağlı olması və içki məclislərindən daha uzaq olması ilə seçilir”.

İnsan yaşadığı mühiti mütləq nəzərə almalıdır. Hər bir şəxsin necə həyat tərzi keçirməsi onun öz əlindədir. Amma istənilən halda ictimai qınaqla rastlaşmamaq üçün atılan hər bir addım, ictimai mühitə uyğunlaşdırmalıdır.