- Köhnə - Cəmiyyət
- 6 Sentyabr 2018 22:12
- 5 476
Oktyabrın 11-də bütün dünyada internet rabitəsi kəsilə bilər

Domen adlarının və IP ünvanların idarə edilməsi üzrə Korporasiya (ICANN) oktyabrın 11-də bütün dünyada internet şəbəkəsinin işində nasazlıqlar ola biləcəyini bəyan edib.
Həmin gün kriptoqrafik açarlar (domen adlarının müdafiə sistemi) dəyişdiriləcək. Bununla əlaqədar olaraq, bir sıra istifadəçilərin şəbəkəsində veb-səhifələrə girişlə bağlı çətinliklər ola bilər.
Belə prosesin tarixdə ilk dəfə həyata keçirildiyi bildirilir. (modern.az)
AzNews.az