- Köhnə - Cəmiyyət
- 8 Sentyabr 2018 17:49
- 8 484
Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri başlayıb.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, baş nazirin prezident Putinlə görüşünün əvvəli jurnalistlərin gözü qarşısında cərəyan edib.
Paşinyan iki ölkənin bir-birinin daxili işinə qarışmamasını önə çəkib.
“Ölkələrimiz arasında münasibətlər maraq və suverenliyin qarşılıqlı hörməti əsasında formalaşıb. Bu fonda ölkələrin bir-birinin daxili işinə qarışmamasının vacibliyini də qeyd etmək istərdim”.
Eyni zamanda, hökumət başçısı hərbi-texniki və iqtisadi sahədə potensialdan tam istifadə olunmamasında gileylənib.
Danışıqlar zamanı Putinin Paşinyandan narazı qalması rusiyalı jurnalistlərin diqqətindən yayınmayıb.
AzNews.az