Baş Dövlət Yol Polisi İdarəsi: “Sürücülərimiz yüksək sürətə meyllidirlər. Lakin onlar bilməlidirlər ki, qəzaların əksəriyyəti məhz tələskənlik, yüksək sürət səbəbindən baş verir". Baş Dövlət Yol Polisi İdarəsi: “Sürücülərimiz yüksək sürətə meyllidirlər. Lakin onlar bilməlidirlər ki, qəzaların əksəriyyəti məhz tələskənlik, yüksək sürət səbəbindən baş verir".

"Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!”

Baş Dövlət Yol Polisi İdarəsi: “Sürücülərimiz yüksək sürətə meyllidirlər. Lakin onlar bilməlidirlər ki, qəzaların əksəriyyəti məhz tələskənlik, yüksək sürət səbəbindən baş verir".




Aprel ayının 1-dən 30-dək ölkəmizdə "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, aylıq respublikanın avtomobil yollarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə keçirilir.

Bundan başqa, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyəti təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədi ilə təşkil olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını aylıq ərəfəsində yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırıb. Bundan başqa, yol qəzalarına əhalinin diqqətinin çəkilməsi, onların bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edib.

Qeyd edək ki, son vaxtlar ölkəmizdə ard-arda bir neçə dəhşətli yol qəzaları baş verib. Təkcə Novruz bayramı günlərində - respublikanın avtomobil yollarında 100-ə yaxın yol qəzası qeydə alınıb, 37 nəfər ölüb.

AzNews.az