- Köhnə - Cəmiyyət
- 30 Mart 2013 13:52
- 2 336
100 avtobusda vahid kart sistemi tətbiq ediləcək
APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov verib.
Onun sözlərinə görə, prezidentin tapşırığı ilə kart sistemi yalnız avtobuslarda deyil, metro sistemində də vahid kartla həyata keçiriləcək: "Türkiyənin müvafiq şirkətləri ilə bu istiqamətdə birgə işlər görülür. Mayın sonundan ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində onların sayının minə çatdırılması nəzərdə tutulub. Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tam başa çatdırılaraq vətəndaşların istifadəsinə veriləcək".
AzNews.az