- Köhnə - Cəmiyyət
- 21 Sentyabr 2018 12:00
- 4 008
Sağlam qidalanmaq, çox qalın geyinməmək, əlləri təmiz saxlamaq... – Qışda özümüzü xəstəlikdən necə qoruyaq?
Qış aylarında bədənin xəstəliklərə qarşı müqaviməti azaldığı üçün uşaqlar və böyüklər tez-tez xəstələnir. Bu xəstəliklərdən necə qorunmaq olar?
AzNews.az qış aylarında xəstəliklərdən qorunmaq üçün bəzi üsulları təqdim edir:
- Balanslı və sağlam qidalanın.
- Yuxu rejiminə diqqət edin və yetəri qədər yatın.
- Su başda olmaqla, kifayət qədər maye qəbul edin, qazlı içkilərdən uzaq olun.
- Meyvə-tərəvəzlərlə yanaşı həftədə iki dəfə balıq yeyin.
- Bitki çayları, təbii meyvə şirələri, bal və bəhməz qəbul edin.
- Qapalı və çox adam olan yerlərdən mümkün olduğu qədər uzaq gəzin.
- Əllərinizi tez-tez yuyun. Əllərinizi ağzınıza, burnunuza toxundurmayın.
- Mikroblar isti olduqda rahatca arta bildiyi üçün evinizi və iş otağınızı həddindən çox isitməyin.
- Evinizi və iş otağınızı havalandırın.
- Uşaqlarınızı siqaret çəkilən məkanlara aparmayın.
- Çox qalın və ya çox nazik geyinməyin və uşaqlarınızı da belə geyindirməyin.
Nigar CƏFƏR
AzNews.az