- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2018 19:40
- 13 794
Məktəblərdə pul yığılmasına dair şikayət daxil olmayıb - BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur", - İdarədən qeyd olunub.(report.az)
AzNews.az