Polkovnikin qızı prokurorluğa çağırıldı



MTN-nin mərhum polkovniki Rövşən Heydərovun qızı, hüquq müdafiəçisi Səyarə Heydərova bu gün saat 15.00-da Bakı şəhər prokurorluğuna çağırılıb.

Bu barədə Azpolitika.com-a Səyarə Heydərovanın özü bildirib. Onun sözlərinə görə, prokurorluğdan ona sabiq millət vəkili Gülər Əhmədovanın işi ilə bağlı bir neçə sual veriləcəyini bildiriblər: "İsmayıl Ağayevin yanına çağırılmışam. Ancaq bilmirəm mənə nə kimi suallar verəcəklər. Bir dəfə də orada dindirilmişəm. Ancaq bütün bunlara baxmayaraq istənilən sualı cavablandırmağa hazıram".

Xatırladaq ki, MTN-nin sabiq polkovniki, hazırda Fransada məskunlaşan R.Nağıyev Avrasiya.net-ə S.Heydərovanın G.Əhmədovaya E.Abdullayevin yaydığı videolarla bağlı ekspertizasını almaqdan ötrü Rusiyada olduğunu bildirmişdi. Çox güman ki, dindirilmə də məhz bu məsələ ilə bağlıdır.