- Köhnə - Cəmiyyət
- 11 Aprel 2013 09:05
- 3 231
Nazirlər kabinetindən dəyişiklik
NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə edilib.
Dəyişikliyə əsasən "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr" bölməsinin "Xəzər rayonu" hissəsinin 523-cü bəndi çıxarılıb və Pirallahı rayonunun Çilov qəsəbəsinin şimal-şərqində yerləşən orta əsrlərə aid yaşayış yeri 554-1 inventar nömrəsi ilə əlavə edilib.
AzNews.az