Şəfiqə Axundova xəstəxanaya yerləşdirildi



Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova yenidən xəstəxanaya yerləşdirilib

Bir neçə gün öncə səhhəti pisləşən sənətkarı yaxınları Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, Şəfiqə Axundova aprelin 6-dan xəstəxanada müalicə alır. O bir neçə gündür xəstəxanada olmasına baxmayaraq, sənət yoldaşları onu ziyarət etməyib.

Qeyd edək ki, 89 yaşlı Xalq artisti uzun müdddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Şəfiqə Axundova bu ilin fevralında da səhhəti ağırlaşdığından xəstəxanaya düşmüşdü.

AzNews.az