Cəmil Quliyev vəzifəsinin icrasına başladı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru Cəmil Quliyev aprelin 23-də kollektivə təqdim olunub. "Media forum" saytı xəbər verir ki, təqdimat mərasimi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin iştirakı ilə keçirilib.

Cəmil Quliyev vəzifəsinin icrasına başlayıb.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şurasının iclasında baş direktor seçilən Cəmil Quliyevin 50 yaşı var. O, indiki postuna "Mədəniyyət" kanalının baş direktoru vəzifəsindən gəlib.

AzNews.az