- Köhnə - Cəmiyyət
- 26 Aprel 2013 13:01
- 2 559
Təhsil naziri: “Suallarınızı yazılı göndərin“
Təhsil Nazirliyi kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edib
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır.
Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq.
Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.
Eyni zamanda bildiririk ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.
AzNews.az