ELDAR QƏDİMİ VƏKİLLİYİNDƏN İMTİNA ETMƏSi iLƏ BAĞLI ƏRiZƏNi DƏ TƏQDiM EDIB ELDAR QƏDİMİ VƏKİLLİYİNDƏN İMTİNA ETMƏSi iLƏ BAĞLI ƏRiZƏNi DƏ TƏQDiM EDIB

Gülər Əhmədovanın vəkili müdafiədən imtina etdi-Özəl

ELDAR QƏDİMİ VƏKİLLİYİNDƏN İMTİNA ETMƏSi iLƏ BAĞLI ƏRiZƏNi DƏ TƏQDiM EDIB



Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkillərindən biri - Eldar Qədimi keçmiş millət vəkilinin müdafiəsindən imtina edib.

Vəkil artıq istintaqa G.Əhmədovanın vəkilliyindən imtina etməsi ilə bağlı ərizə də təqdim edib. Bu barədə məlumatı AzNews.az-a Gülər Əhmədovanın digər vəkili Raqif Mustafayev verib.

O bildirib ki, hazırda G.Əhmədovanın müdafiəsi ilə onunla yanaşı Əfsər Talıbov da məşğul olur: "Gülər xanımın tapşırıqları çox olur, buna görə də vəkillərin sayını artırmaq qərara alındı".

Qeyd edək ki, vəkili Əfsər Talıbov sabiq millət vəkili Gülər Əhmədovanın azad olunması üçün bu gün prezidentə müraciət ünvanlayacağını bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az