“SAKİNLƏRİN QALDIRDIĞI PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPIB” “SAKİNLƏRİN QALDIRDIĞI PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPIB”

İmişlidəki “mal-qara aksiyası“ ilə bağlı - Rəsmi açıqlama

“SAKİNLƏRİN QALDIRDIĞI PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPIB”



Məlum olduğu kimi, İmişli rayonun bir qrup sakini örüş yerinin əllərindən alınmasına etiraz olaraq mayın 10-da mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd edib. Polis icra hakimiyyətinə çatmamış narazıların qarşısını alıb. Yayılan xəbərlərə görə, bir neçə etirazçı ilə birgə hadisələri lentə alan Azadlıq Radiosunun bölgə müxbir Azər Əli ilə AXCP fəalı Vüqar Qədirov da saxlanılıb.

İndiyə qədər bununla bağlı şikayətlərinə baxılmadığını iddia edən sakinlər bu etiraz üsulunu seçib. Nəticədə 7 nəfər saxlanılsa da, sonradan onlardan 5-i buraxılıb. Azər Əli ilə Vüqar Qədirovun isə şöbədə saxlanıldığı bildirilib.
Rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, sakinlərin şikayəti öz həllinin tapıb: "Depo məhəlləsi" adlanan "Xiyabani" küçəsinin sakinləri örüş yerinin olmamasından şikayətlənib. Onlar Polis şöbəsinə çağırılıb və söhbət aparılıb. Torpaq Komitəsindən də nümayəndə dəvət olunub. Sakinlərin problemləri həll olunub və onlar buraxılıb".
İdarədən 1-i jurnalist olmaqla 2 nəfərin saxlanılması xəbəri də təkzib edilib.

Ruhiyyə
AzNews.az