2013-cü il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,2 min nəfər olub və onların 27,4 faizini qadınlar təşkil edib 2013-cü il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,2 min nəfər olub və onların 27,4 faizini qadınlar təşkil edib

Dövlət qulluqçularının ¼-i qadınlardır- Azərbaycanda

2013-cü il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,2 min nəfər olub və onların 27,4 faizini qadınlar təşkil edib



Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dövlət qulluqçularının 4,3 faizi inzibati vəzifələrin 1-4-cü təsnifatları üzrə, 75,3 faizi 5-9-cu təsnifatları üzrə və 20,4 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 9,7 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 24,9 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 25,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,1 faiz, 30-34 yaşda 14,1 faiz, 35-44 yaşda 22,0 faiz, 45-54 yaşda 28,0 faiz, 55-62 yaşda 15,3 faiz və 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,5 faizini təşkil edib.
İşləyənlərin 50,0 faizi 35-54 yaşda olanlardır.

AzNews.az