“Təmir adı ilə vəsaitin yığılması qeyri-qanunidir“

"Azərbaycanda məktəb kollektivi və direktor tərəfindən hər hansı təmir işlərinin aparılması nəzərdə tutulmayıb"

Bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq bu işlər mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir.

"Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır. Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslər cari təmir adı ilə vəsaitin yığması qeyri-qanunidir. Əgər belə hallar varsa Təhsil Nazirliyinə və aidiyyatı dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-lərlə müzakirə etməli olmayacağıq".

AzNews.az