Burdan bir gəmi keçəcək

Dəli Pyotur dedik adına. Xəzər dənizinə gələn ilk və sonuncu Çar oldu. Dərbəndi aldı. Və getdi.

Bir hökmdar olaraq Xəzəri fəth etdi.
Qafqazlar bu fəthlə Rusların dağ gücü oldu. Dağ bilməyən rus dağlar çəkə-çəkə DAĞLAR aldı sonralar.

Moskvanın ən hündür dağı Sərçə dağı idi.
Sərçələr Qartalların məskəninə yerləşdikdən sonra sərçənin rəmzi belə Qartal oldu. İki başlı qartallın bir başı Qafqazlarda Promoteyin ciyərini yeyən Qartaldır.
İran dağların içində İran oldu. Bir tək İsgəndər bu dağların keçidini tapdı. Ondan sonra İran bir daha bu keçidin sirrini bir kimsəyə vermədi. Minilliklərdir ki, İran var. Dağ kimi.
Dağlara and olsun, dağların nə məhvər olduğunu anlamadıq.

Biz İranı niyə sevmədik?
İran dağlarımızı əlimizdən aldı.
Biz Urusu nəyə sevmədik?
Urus dağlarımızı zəbt etdi.
Dağlardan enən qartallar sərçələşdi. Bir daha dağlara möhtac qaldıq. "Dağlar a dağlar" deyib söz qoşduq.
Dağın yüksəkliyini ölçən dənizdir. Dənizin və dağın dilini bilən ən yüksəyinin və ən dərinin dilini bilər.
Bir hökmdar gələcək dənizlə. Limanlara yan alacaq gəmisi bir dağ kimi.
Onu sevsək də, sevməsək də O, Qartaldır.
Qartal heç zaman müdafiə olunmur. O ancaq hücum quşudur.
Qartal var 40 il yaşayar, qartal da var 80 il. Qocalığını anlayan qartal bir dağa çəkilib qanlar içində olsa da dimdiyində qanadlarına qədər nə varsa təzələməyi bacararsa 80 il yaşar.
Qartalı məhv etməyin bir tək yolu var. Azadlığını aldığın qartal çox yaşamaz.

İkibaşlı qartalı durdura biləcək bir güc yox hələ.
Lamanlarda durub əl sallayanlar nə dağı bilərlər, nə dənizi.
Prometeyin ciyəri bitər, yenisi çıxar.
Ciyərin yansın, deyərlər sonra…
Burdan bir gəmi keçəcək, o gəminin adı Dəli Pyotr olmalıdır.

AzNews.az