İmranın sonuncu müayinəsi ilə bağlı açıqlama - Video

"Avqustun 3-də İmranın sarğıları dəyişdirildi. Həkimlərin sözlərinə görə, sağ və hər iki ayağında olan yaraların sağalması prosesində irəliləyiş olub".

Bu sözləri İmran Cəfərzadənin sonuncu müayinəsi ilə bağlı açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov deyib.

Onun sözlərinə görə həkimlər İmranın ayaqlarında iltihablaşmanın səviyyəsi aşağı düşdüyünü, bununla da sınmış sümüklərə infeksiya düşmək təhlükəsi bir qədər də azaldığını deyiblər: "Müalicənin hazırkı mərhələsinin prioriteti iltihablaşmaya qarşı mübarizədir. Sınmış sümüklərə infeksiya düşmə təhlükəsi aradan qaldırılır. Bu mübarizə üç yolla- ayağa quraşdırılmış irinsoran cihazlar, antibiotiklərlə müalicə, sarğıların mütəmadi olaraq dəyişdirilməsi ilə aparılır. Bütövlükdə isə həkimlər müalicənin hazırkı prosesindən razıdırlar. Proses hələ davam etdirilir, lakin nə vaxt başa çatacağı hələ ki bilinmir. Bunun üçün ayaqlarda iltihablaşmanın səviyyəsi həkimlərin istədiyi çatmalıdır ki, növbəti addımlar haqqında qərar qəbul edisin. Həkimlər müalicənin bu vaxta qədərki nəticələrindən razı qaldılar. Valideynlərinin və həkimlərinin sözlərinə görə, uşağın ümumi vəziyyəti normaldır".

Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village"akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadəyə ağır xəsarət yetirib. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsi və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. İki yaşlı İ.Cəfərzadə iyulun 25-dən Berlinin ən yaxşı klinikalarından biri "Charite" də əməliyyat və müalicə olunması üçün Almaniyaya yola salınıb./anspress/



AzNews.az