Nazir oğlu gələcək planlarından yazdı

Azərbaycan Qolf Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi qurumun gələcək planlarını açıqlayıb.

O, Facebook səhifəsində federasiya və gələcəkdəki iş planları haqda məlumat yazıb:

"Əziz dostlar, bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanda mənim rəhbərlik etdiyim Azərbaycan Qolf Federasiyası yaradılıb.

Sizləri Azərbaycan üçün tamamilə yeni bir idman növü sahəsində fəaliyyət göstərən Qolf Federasiyasının fəaliyyəti haqqında məlumatlandırmaq üçün tərəfimizdən qurumun işi ilə bağlı qısa informasiya və şəkillər hazırlanıb.

Azərbaycan Qolf Federasiyası haqqında maraqlı faktları sizlərə təqdim edirəm.

- 2012-ci ilin yanvarında təsis olunub

- 2012-ci ilin oktyabr ayında Avropa Qolf Federasiyasının üzvü seçilib

- 2013-cü ilin yanvar ayında Beynəlxalq Qolf Federasiyasının üzvü seçilib

- 2012-ci ilin martında Qubada 18 dəlikli qolf meydançasının tikintisinə start verilib

- 2013-cü ilin yanvarında Baku mini-qolf Akademiyasının tikintisi başlayıb

- 2014-cü ildə Qolf üzrə Azərbaycanın ilk həvəskar çempionatı keçiriləcək

- 2014-cü ildə Azərbaycanda Beynəlxalq Qolf tədbiri keçiriləcək.


AzNews.az